III MDB Oyunlarında 1846 idmançının iştirakı təsdiqlənib

2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək idmançıların sayı açıqlanıb.

Bu barədə yarışın təşkilat komitəsi məlumat yayıb. Verilən məlumata əsasən, bu günə olan vəziyyətə görə MDB ölkələrindən 1840 idmançı daxil olmaqla ümumilikdə 2666 nəfər nümayəndə heyətinin iştirakı təsdiqlənib.

Yarışlar 23 idman növü üzrə təşkil olunacaq və qarşılaşmalar 12 müxtəlif idman məkanında baş tutacaq.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Turnirdə MDB-yə üzv ölkələrlə yanaşı, dəvət olunmuş ölkələrin də idmançı və rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Müəllif: Bəhruz MƏMMƏDOV