Belçika Qran-prisində poul mövqeyi Lando Norrisin oldu

"Formula 1" üzrə Belçika Qran-prisinin sıralama turunda qalib müəyyənləşib.
"McLaren" komandasının pilotu Lando Norris ən yaxşı nəticəni göstərərək poul mövqeyini (ilk start yeri) qazanıb. Britaniyalı sürücü bu nailiyyəti ilə komanda yoldaşı Oskar Piastrini də qabaqlayıb. Avstraliyalı pilot sıralama turunu ikinci pillədə başa vurub.
İlk üçlüyü isə "Ferrari"nin sürücüsü Şarl Lekler tamamlayıb.
Qeyd edək ki, Belçika Qran-prisində əsas yarış iyulun 27-də keçiriləcək.
