Cüdo üzrə Liqa mübarizəsində II turun həyəcanı başlayır

İyulun 4-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçiriləcək.
Yarışda 41 klub və idman cəmiyyətindən olan 222 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
