Şikar Bədəlov İstanbulda rəqibini nakauta saldı - “Kings of Kings”də möhtəşəm qələbə

“Kings of kings" təşkilatı Türkiyənin İstanbul şəhərində daha bir peşəkar döyüş keçirib.
80 kq çəki dərəcəsində keçirilən döyüşdə idmançımız, "Kings of kings" kəmərinin sahibi Şikar Bədəlov Dağıstan əsilli Rusiya təmsilçisi İsmayıl Mahmudovla qarşılaşıb.
İlk raundu xal hesabında öndə başa vuran idmançımız ikinci raundda rəqibi nakauta salmaqla qələbə qazanıb.
Qeyd edək ki, Şikar Bədəlov çıxdığı 17 döyüşdə 14-ü nokaut olmaqla 16 dəfə qalib gəlib.
