Red Bull Half Court 2025 Milli Finalında qaliblər bəlli oldu!

7 sentyabr 2025-ci il tarixində Dəniz Mall-un qarşısında keçirilən Red Bull Half Court Milli Finalında Azərbaycanın ən güclü kişi və qadın küçə basketbolu komandaları bəlli oldu.
Turnirdə iştirak edən 32 kişi8 qadın komandası arasından qlobal finala vəsiqə qazanan qaliblər:

Kişi komandası: Lane P

Qadın komandası: Baku Flame

Hər iki komanda cari ilin 27-29 noyabr tarixlərində Dubay şəhərində keçiriləcək Red Bull Half Court Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Yarışa 20-dən çox ölkədən iştirakçılar qatılacaq. Dünya miqyasında 8 000-dən artıq oyunçunu bir araya gətirən Red Bull Half Court, küçə basketbolu üzrə ən böyük beynəlxalq turnirlərdən biri hesab olunur.

Turnirin media tərəfdaşı CBC Sport, qlobal tərəfdaşları isə FILASpalding brendləridir.

Müsabiqə Azərbaycan Basketbol FederasiyasıDəniz Mall Ticarət Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Qaliblərə xüsusi hazırlanmış Spalding topları hədiyyə olunub.

Red Bull Half Court basketbolun ən sürətli növü olan 3x3 formatında keçirilən beynəlxalq turnirdir.

Oyunun məqsədi rəqib müdafiəsini yararaq məhdud vaxt ərzində səbətə mümkün qədər çox top atmaq və maksimum xal toplamaqdır.

Müəllif: Bəhruz MƏMMƏDOV