Qəbələdə stolüstü tennis üzrə test yarışı keçirildi

ESTAFET/ Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları üçün hazırlıq çərçivəsində stolüstü tennis üzrə test yarışı keçirilib.
Yarış Gənclər və İdman Nazirliyi, III MDB Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Yarışda 6 idmançı iştirak edib. Qaliblər diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, stolüstü tennis üzrə yarışlar Qəbələ Olimpiya İdman Kompleksində baş tutacaq.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda baş tutacaq.
