Üç tennisçimiz finalda - III MDB Oyunları

ESTAFET/ Üç azərbaycanlı idmançı III MDB Oyunları çərçivəsində stolüstü tennis üzrə fərdi yarışların finalına vəsiqə qazanıb.

Stolüstü tennis yarışlarının ikinci günündə 2008 və 2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında fərdi yarışların finalçıları müəyyənləşib. Adil Əhmədzadə və Mərziyyə Nurmətova (hər ikisi 2008-ci il təvəllüdlü), həmçinin Onur Quluzadə (2011-ci il təvəllüdlü) finala yüksəliblər. Final oyunları sentyabrın 29-da keçiriləcək.

Eyni zamanda, Yağmur Məmmədli (2011-ci il təvəllüdlü) yarımfinalda uduzaraq bürünc medalın sahibi olub.

Müəllif: Natiq NƏSİROV