Stolüstü tennisçilərimiz yarımfinalda məğlub oldular

ESTAFET/ III MDB Oyunları çərçivəsində Azərbaycanın stolüstü tennisçiləri Yağmur Məmmədli və Aylin Əsgərova qızların qoşa yarışında Belarusa məğlub olub.

Təmsilçilərimiz yarımfinalda rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV