"Görüləcək işlərimiz var": Saşa İliç

ESTAFET/ “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
O, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Çox çətin oyun keçdi. Bu gün güclü rəqibə qarşı oynadıq. Əslində belə rəqiblərə qarşı oynayanda bütün şansları maksimum dərəcədə istifadə etmək lazımdır. Futbolçularımdan razıyam. Görüləcək işlərimiz var. Növbəti oyunlara hazırlaşacağıq”.
