DÇ-2026-nın rəsmi topu təqdim edildi

ESTAFET/ FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim edib.

Yarış üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Dizaynda üç rəng istifadə olunub - qırmızı, mavi və yaşıl, yarışların ev sahibi ölkələri simvolizə edir. Topun adı "TRİONDA"dır.

2026-cı ilin dünya çempionatında 48 milli hər birində 4 kollektiv olmaqla 12 qrupa bölünəcək. Qruplarda ilk iki yeri tutan iştirakçılar, eləcə də üçüncü yeri tutan ən yaxşı 8 komanda pley-offa adlayacaq.

Müəllif: Natiq NƏSİROV