Voleybolçularımız yarımfinalda - III MDB Oyunları

ESTAFET/ Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.

A qrupunda yer alan Azərbaycan millisi Özbəkistana 3:2 hesabı ilə qalib gəlib.

Qrupun lideri olaraq bizim komanda yarımfinala çıxıb. Bu mərhələdə rəqibimiz Belarus yığması olacaq.

Günün digər oyununda B qrupunda Rusiya millisi Qırğızıstandan üstün olub (3:0) və yarımfinal vəsiqə qazanıb. Onların bu mərhələdəki rəqibi isə Özbəkistan komandası olacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları oktyabrın 5-də baş tutacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV