Doqquzuncu günün proqramı - III MDB Oyunları

ESTAFET/ III MDB Oyunlarının doqquzuncu günündə 11 idman növü üzrə yarışlar baş tutacaq.
Qəbələ şəhər stadionunda futbol üzrə final matçı baş tutacaq. Saat 14:00-da Azərbaycan və Rusiyanın U-16 yığmaları üz-üzə gələcək.
Qəbələ Olimpiya İdman Kompleksində isə badmintonçular 1/4 final və yarımfinalda özlərini sınayacaqlar.
Gəncə İdman Sarayında oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Rusiya ilə, Belarus isə Özbəkistanla qarşılaşacaq.
Burada həmçinin qılıncoynatma üzrə yarışda növbəti medalçılar müəyyənləşəcək, güllə atıcılığı yarışlarında 1/4 final və finallar baş tutacaq.
Gəncə Olimpiya Kompleksində isə qadın pəhləvanlar və sərbəst güləşçilər arasında qaliblər bəlli olacaq.
Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal matçları keçiriləcək. Azərbaycan Qazaxıstanla, Qırğızıstan isə Özbəkistanla qarşılaşacaq.
Yevlax Olimpiya İdman Kompleksində boks üzrə qızıl medal uğrunda görüşlər baş tutacaq.
Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları davam edəcək.
Mingəçevir “Kür” Olimpiya Mərkəzində karate yarışlarının son günündə qaliblərin adları müəyyənləşəcək.
Göygöl Olimpiya İdman kompleksində isə cüdo üzrə yarışlar start götürəcək.
