Azərbaycan millisində yeni təyinat

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.
Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
AFFA rəhbərliyi gənc mütəxəssislərə etimad göstərir, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayır. U-21 komandamız əsas millimizin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq. Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır.
