Voleybolçu qızlar bürünc uğrunda mübarizə aparacaq - III MDB Oyunları

ESTAFET/ Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.

Yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi Belarusa 3:2 hesabı ilə uduzub.

Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya – Özbəkistan cütünün uduzan tərəfi olacaq.

Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV