Cüdoçular qarışıq komandada hamıdan güclü oldular - III MDB Oyunları

ESTAFET/ Bu gün III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar yekun vurulub.
Qarışıq komanda yarışlarında Azərbaycan millisi Özbəkistana qalib gələrək qızıl medal qazanıb.
Xatırladaq ki, ötən gün idmançılarımız 21 medal qazanmışdır.
Beləliklə, Azərbaycan cüdoçuları turniri 22 medalla başa vurublar.
