“Barselona” “Levante”nin hücumçusu ilə maraqlanır

ESTAFET/ “Barselona” “Levante”nin 21 yaşlı kamerunlu hücumçusu Etta Eyonqun xidmətində maraqlıdır.

Kataloniya klubu Eyonqu, futbolçu hələ “Vilyarreal”da çıxış edərkən, cari mövsüm ərəfəsində satın almaq istəyib.

Vurğulanır ki, sövdə, “Barselona”nın maliyyə imkanlarının məhdudluğu səbəbindən baş tutmayıb.

Müəllif: Natiq NƏSİROV