Flik və Yamalın münasibətləri pozulub

ESTAFET/ “Barselona”nın 60 yaşlı baş məşqçisi Hans-Diter Flik və “blauqrana”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamalın arasındakı münasibət pozulub.

Tərəflər arasından “qara pişik keçməsinə” səbəb, “Hansi” Flikin dilidir.

Belə ki, bir müddət əvvəl Flik Yamalın zədəsi ilə bağlı çıxış edərək, İspaniya yığmasını bu məsələdə təqsirkar göstərmişdi. Xəbər çıxıb ki, milli komandanın düşərgəsində futbolçunun səhhəti haqda məlumatı tibbi yekunlardan daha çox, Yamalın dilindən alaraq qiymətləndiriblər, “Barselona” isə müvafiq məsələdən narazı olub. Flikin məsələni böyütməsi ilə, Yamalla alman mütəxəssis arasında soyuqluq yaranıb. Münasibətlərin pozulmasının Yamalın sonrakı vaxtlar gözənilən səviyyədə çıxış etməmsində əsas fəsad olduğu vurğulanır.

Müəllif: Natiq NƏSİROV