Ukrayna yığmasında daha bir itki

ESTAFET/ DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan milliləri ilə üz-üzə gələcək Ukrayna yığması daha bir itki ilə üzləşib.
Ukrayna Futbol Assosiasiyasının rəsmi saytının xəbərinə görə, müdafiəçi Aleksandr Timçik komandasına kömək edə bilməyəcək.
Buna səbəb Kiyev "Dinamo"sundan heyətə cəlb edilən oyunçunun zədəli olmasıdır.
Daha əvvəl yarımmüdafiəçi Viktor Sıqankov zədəli olduğu üçün kollektivdən ayrılıb.
Qeyd edək ki, Ukrayna millisi D qrupunda oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.
