Açıq məşq və mətbuat konfransları: Fransa - Azərbaycan

ESTAFET/ DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

9 oktyabr 2025
 
Fransa milli komandası
14:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Müəllif: Natiq NƏSİROV