Millimiz Fransa yığmasına qarşı

ESTAFET/ Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti matçına çıxacaq.

Millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə üz-üzə gələcək.

D qrupunda qərarlaşmış millimiz 3-cü turun oyununa səfərdə çıxacaq. “Park de Prens” stadionunda keçiriləcək oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, millimiz bu seçmə mərhələnin ilk turunda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzub. Ukrayna yığması ilə ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Fransa yığması isə seçmə mərhələyə uğurlu başlayıb. Didye Deşamın rəhbərlik etdiyi kollektiv Ukrayna (2:0) və İslandiya (2:1) ilə oyunlardan qalib ayrılıb və hazırda 6 xalla vahid liderdir. Millimiz isə 1 xalla qrup sonuncusudur.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu

10 oktyabr 2025

Fransa - Azərbaycan
Baş hakim: Rohit Saqqi (Norveç).
Paris. “Park de Prens” stadionu. Saat 22:45

Müəllif: Natiq NƏSİROV