Türkiyə millisində ciddi itki

ESTAFET/ Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

Can Kahveci ötən gecə Bolqarıstanla oyunda (6:1) sıradan çıxıb. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça"nın futbolçusu komanasının 6-cı qolunu vurduğu epizodda sağ ayaq biləyindən zədələnib. 30 yaşlı vinger müalicə olunmaq üçün klubunun düşərgəsinə qayıdıb.

Qeyd edək ki, Türkiyə yığması oktyabrın 14-də öz meydanında Gürcüstanla qarşılaşacaq.

Müəllif: Orxan NOVRUZOV