“Abşeron” yeni transferini açıqladı

ESTAFET/ "Abşeron"un qadınlardan ibarət voleybol komandası yeni transferini açıqlayıb.
Paytaxt təmsilçisi Rusiya əsilli Arina Yelizarovanı sıralarına cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
