Misli Premyer Liqası - XI tur "Zəfər turu" adlanacaq

ESTAFET/ Futbol üzrə Misli Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb.

Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, XI və XII turun görüşlərinin yeri və vaxtı dəqiqləşib.

8 Noyabr – Zəfər Günü ilə bağlı XI tur “Zəfər turu” adlanacaq və noyabrın 7-9-nu əhatə edəcək. Bütün görüşlər saatlarda 44-cü dəqiqə olan zaman start götürəcək. 

XII turun oyunları isə noyabrın 21-23-də keçiriləcək.

Misli Premyer Liqası

XI tur

7 noyabr 2025

13:44. "Şamaxı" – "İmişli"

Şamaxı şəhər stadionu

16:44. "Qəbələ" – "Sumqayıt"

Qəbələ şəhər stadionu

8 noyabr 2025

15:44. "Araz-Naxçıvan" – "Karvan-Yevlax”

"Liv Bona Dea Arena"

18:44. "Zirə" – "Turan Tovuz"

Zirə İdman Kompleksinin stadionu

9 noyabr 2025

15:44. "Kəpəz" – "Sabah"

Qəbələ şəhər stadionu

18:44. "Qarabağ" – "Neftçi"

"Azersun Arena"

XII tur

21 noyabr 2025

14:00. "Karvan-Yevlax" – "Kəpəz"

Şamaxı şəhər stadionu

19:00. "Sumqayıt" – "Qarabağ"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

22 noyabr 2025

15:00. "Araz-Naxçıvan" – "Turan Tovuz"

"Liv Bona Dea Arena"

17:30. "Zirə" – "Qəbələ"

Zirə İdman Kompleksinin stadionu

23 noyabr 2025

15:00 "Sabah" – "Şamaxı"

"Bank Respublika Arena"

17:30. "Neftçi" – "İmişli"

"Palms Sports Arena"

Müəllif: Natiq NƏSİROV