Premyer Liqa klubunda istefa

ESTAFET/ "Nottingem Forest" baş məşqçisi Angelos Postekoqlunu vəzifəsindən azad edib.

Bu barədə klubun mətbuat xidməti xəbər verib.

Klub bildirib ki, Postekoqlu bir sıra məyusedici nəticələrdən sonra dərhal vəzifəsindən azad edilib.

Premyer Liqanın 8-ci turunda "Nottingem Forest" evdə "Çelsi"yə 0:3 hesabı ilə uduzaraq bütün yarışlardakı qələbəsiz seriyasını 10 matça çatdırıb. Komanda hazırda 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Postekoqlu sentyabrın 8-də "Nottingem Forest"ə rəhbərlik etməyə başlamışdı.

Müəllif: Natiq NƏSİROV