Azərbaycan güləşçisi DÇ-də finala yüksəldi

ESTAFET/ Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələyə gedən yolda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.

Mundial oktyabrın 27-dək davam edəcək.

Müəllif: Əlyar ŞƏRİFOV