Dünyanın ən dəyərli klubları bəlli oldu

ESTAFET/ "Transfermarkt" futbolçuların transfer qiymətini əsas götürərək, dünyanın ən dəyərli komandalarının yeni siyahısını açıqlayıb.

İspaniyanın "Real" (Madrid) klubu 1,4 milyard avro ilə lider olub.

İlk "beşlik"də həmçinin İngiltərənin "Arsenal" (1,31 milyard avro), "Mançester Siti" (1,21 milyard avro), "Liverpul" (1,15 milyard avro) və Fransanın PSJ (1,15 milyard avro) klubları yer alıblar.

Bu siyahı "Transfermarkt" saytının futbolçuların transfer qiymətlərinə uyğun hazırladığı statistikaya əsaslanır və mütəmadi olaraq yenilənir.

Müəllif: Orxan NOVRUZOV