“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı

ESTAFET/ “Kəpəz” Otar Aptsiauri ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Otar Gəncə klubunun heyətində cəmi 4 oyun keçirib.

Müəllif: Orxan NOVRUZOV