Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib

ESTAFET/ Azərbaycan Atıcılıq Federasiyasının (ASF) baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının (ESC) rəyasət heyətinə üzv seçilib.
Bu barədə ASF-nin mətbuat xidmətindən bildirilib.
ESC-nin Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb.
Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.

