“Qarabağ”ın əvəzedicilərindən qələbə

ESTAFET/ Əvəzedicilər Liqasında 13-cü tura start verilib.

İlk gündə bir oyun baş tutub.

“Qarabağ-2” “Araz-Naxçıvan-2” ilə ev oyununda inamlı qələbəyə sevinib.

Turun qalan görüşləri dekabrın 7-də və 8-də keçiriləcək.

Əvəzedicilər Liqası
13-cü tur

5 dekabr 2025

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Eltun Babazadə, 71; Mahmud Ağayev, 74.

Müəllif: Bəhruz MƏMMƏDOV