Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi

ESTAFET/ Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə 1-ci seçmə mərhələsinin püşkü atılıb.

Püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer alan U-19 Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, I seçmə mərhələnin oyunları 2026-cı il martın 23-dən 31-də keçiriləcək.

Müəllif: Natiq NƏSİROV