“Qarabağ” Bakıda “Ayaks”la üz-üzə

ESTAFET/ “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Təmsilçimiz ÇL-in Liqa mərhələsinin 6-cı turu çərçivəsində “Ayaks”la qarşılaşacaq.

Azərbaycan və Niderland nəhənglərinin görüşü Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu sloveniyadan olan FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Daha öncə keçirdiyi 5 oyunda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət görmüş Azərbaycan təmsilçisinin 7 xalı var. “Ayaks” isə 5 oyunun hamısında məğlubiyyətə üzülüb. Niderland nəhəngi xal qazanmamış yeganə komanda olaraq sonuncu sırada qərarlaşıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur

10 dekabr 2025

“Qarabağ” - “Ayaks”
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Müəllif: Orxan NOVRUZOV