“Liverpul”un Salahla bağlı mövqeyi məlum oldu

ESTAFET/ Məlum olduğu kimi, “Liverpul”un 33 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salah “qırmızılar”ın böyük fəsadına çevrilib.

Salah ehtiyat oyunçular skamyasına düşdüyü üçün, “qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slotu ictimai surətdə tənqid etməklə xoşagəlməz vəziyyətə düşüb.

Salahın “Liverpul”dan ayrılacağına dair şayiə mənzərəsində vurğulanır ki, “Liverpul” rəhbərliyi, misirli ulduzun klubla müqavilə müddətinin başa çatacağı vaxta – cari mövsümün sonuna qədər “qırmızılar” üçün çıxış etməsini istəyir.

Müəllif: Bəhruz MƏMMƏDOV