Atıcılıq üzrə idmançıya 3 illik diskvalifikasiya cəzası verildi

Atıcılıq üzrə idmançı Rəna Ələsgərova antidopinq qaydalarını pozduğuna görə sanksiya ilə üzləşib.
Məlumata görə, aparılan yoxlama zamanı idmançının nümunəsində qadağan edilmiş maddə – Trimetazidin (S4 – Hormon və Metabolik Modulyatorlar) aşkarlanıb. Bununla bağlı Rəna Ələsgərovaya Antidopinq Qaydalarının 2.1 və 2.2-ci maddələri (qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi) üzrə pozuntu qeydə alınıb.
Qərara əsasən, idmançı 16 iyul 2025-ci il tarixindən 16 iyul 2028-ci il tarixinədək diskvalifikasiya olunub. Bu müddət ərzində onun bütün rəsmi idman fəaliyyətlərində iştirakı qadağan edilib.

