Dopinq cəzası: Timothy Lewis 3 il yarışlardan uzaqlaşdırıldı

ABŞ təmsilçisi olan qol güləşçisi Timothy Lewis antidopinq qaydalarını pozduğu üçün uzunmüddətli diskvalifikasiya edilib.
Məlumata görə, aparılan antidopinq nəzarəti zamanı idmançının nümunəsində qadağan edilmiş maddələr aşkarlanıb. Belə ki, Timothy Lewisin analizində Anabolik Androgenik Steroidlər qrupuna aid olan 19-norandrosterone və trenbolon metaboliti – epitrenbolon müəyyən edilib. Bununla da idmançı Antidopinq Qaydalarının 2.1 və 2.2-ci maddələrini — qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi (və ya istifadə cəhdi) — pozmuş sayılıb.
Qərara əsasən, Timothy Lewis 5 dekabr 2025-ci il tarixindən 5 dekabr 2028-ci il tarixinədək bütün rəsmi idman yarışlarından və fəaliyyətlərdən kənarlaşdırılıb. Diskvalifikasiya müddətində onun qol güləşi üzrə istənilən rəsmi tədbirdə iştirakı qadağandır.
Qeyd edək ki, Timothy Lewis ABŞ idmançısıdır.

