Red Bull Turn It Up ilk dəfə Azərbaycanda

Klub mədəniyyətinə tam fərqli nəfəs gətirən yeni DJ battle formatı.

8 fevral saat 20:00-da güclü səs sistemi və enerjili atmosferi ilə tanınınan FOMO Baku səhnəsində, Red Bull yenidənqeyri-adi  tədbiri ilə sizin qarşınızda.

Red Bull Turn It Up nədir?

4 DJ-yin üz-üzə qəldiyi, sürpriz mövzularla qarşılaşdığı və səhnədə anında remikslər edərək kütlənin diqqətini qazanmağaçalışdığı global bir formatdır.

Hər raund başlamazdan əvvəl DJ komandalarına qırmızı vəya mavi rəng təyin olunur. Gecəyə qatılanlara bilərziklər təqdim olunacaq. Həmin bilərziklər, səsvermə zamanı istifadə olunacaq. Püşkatmanın nəticəsində, müəyyənolunmuş qaydada səhnəyə çıxacaq DJ-lər sıradakilardır:

DJ BixFour vs DJ Gachoo
DJ Ax vs DJ Stasy

Yarış boyunca tanınmış reper Uran, həm aparıcı kimi, həm dəöz çıxışı ilə gecəyə rəng qatacaq.

Lakin gecə bununla bitmir, sürprizlərdən biri isə, qadın repçilərarasında  çoxdandır öz sözünü demiş ALIZADE-nin səhnə şousudur.

Həmçinin gecələrə maximum hərarət qatmağı ilə tanınan qazaxıstanlı DJ Abailuck xüsusi qonaq qismində çıxış edəcək.

Qapılar 19:30-da açılır, tədbir 20:00-da başlayır.

Biletləri şəhərin kassalarından və iTicket.az rəsmi səhifəsindən əldə etmək mümkündür.

Linkə  keçid edib, gecənin həyacanını Red Bull ilə yaşa.

Müəllif: Bəhruz MƏMMƏDOV