2 FİNAL VƏ 2 BÜRÜNC MEDAL: GAÇ-2017
ESTAFET/ Bugündən etibarən Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib. Xəbər verdiyimiz kimi, Azərbaycan bu mərhələdə 4 boksçu ilə təmsil olunur. 

İlk olaraq rinqə 49 kq-da döyüşən Həsən İbrahimov çıxıb. O gürcü rəqibi Sahil Allahverdovi ilə bacarmayıb (0:5) və qitə çempionatını bürünc medalla başa vurub. 
 
Daha sonra rinqə Amin Kuşxov (75 kq) çıxıb. Aminin rəqibi ukraynalı İvan Papakin idi. Bütün raundlarda üstün döyüş sərgiləyən Amin görüşü 5:0 hesablı qələbə ilə tamamlayıb və finala çıxıb. Finalda boksçumuz rəqibi rus Daniil Teterev olacaq.
 
Axşam seansında daha 2 boksçumuz rinqə çıxıb. Surət Qarayev (81 kq) rus Ruslan Kolesnikova məğlub olaraq çempionatı bürüncü ilə kifayətlənib. 
 
Məhmməd Abdullayev (+91 kq) isə xorvat Josip Biletiçlə final üçün döyüşüb. 3-cü raundda rəqibini nokauta salan Məhəmməd finalda erməni əsilli Yunanıstan boksçusu Vakqan Nanitzanyanla qarşılaşacaq.