DÜNYA KUBOKUNUN KEÇİRİLƏCƏYİ YER VƏ TARİX MÜƏYYƏNLƏŞDİ

ESTAFET/ Dekabrın 1-2-də Çuvaşiyanın paytaxtı Çeboksarıda sərbəst güləş üzrə qadınlar arasında dünya kuboku yarışları keçiriləcək.

 

8 çəki dərəcəsində keçirilən yarışlarda Azərbaycan yığması da iştirak edəcək. Yığmamızdan başqa Dünya Kubokunda həmçinin Yaponiya, Çin, ABŞ, Monqolustan, İsveç, Ukrayna və meydan sahibləri Rusiya yığmaları da mübarizə aparacaqlar.

 

Qadınlar arasında sərbəst güləş üzrə Dünya Kuboku yarışları 2001-ci ildən keçirilir. Bu yarışları Yaponiya digər ölkələrdən daha çox – 5 dəfə qəbul edib. 2007-ci ildə qadın güləşi üzrə ilin baş komanda turniri Krasnoyarskda, 2015-ci ildə isə Sankt-Peterburqda keçirilib. Fransa isə bu turnirə 3 dəfə - 2001-ci, 2005-ci və 2011-ci illərdə ev sahibliyi edib.