Zöhrədən 4 qızıl, 1 gümüş medal
ESTAFET/ Ötən həftəsonu Gent şəhərində (Belçika) keçirilən bədii gimnastika üzrə "Happy Cup" adlı beynəlxalq turnirdə yığma komandamız hesabına 5 medal yazdırıb.
Qazanılan medalların hamısı yığma komandamızın üzvü Zöhrə Ağamirovanın aktivindədir. İlk olaraq ən çətin növ sayılan çoxnövçülükdə 27 iştirakçı arasında qızıla yiyələnən Zöhrə ardınca halqa, kürzlər və lentlə də hərəkətlərdə bütün rəqiblərini arxada qoyaraq 1-ci olub. Gümüş medalı isə gimnastımız topla hərəkətlərdə qazanıb.
Turnirdə "yunior" proqramda ölkəmizi təmsil edən Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.