GƏNCƏ ÖZ REKORDUNU YENİLƏDİ

ESTAFET/ Azərbaycan Topaz Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. XI turun Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" - "Qarabağ" görüşü 13 min 300 tamaşaçı toplayıb. Bu da arxada qalan 11 turun 43 qarşılaşması arasında ən yüksək göstəricidir. Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi matçadək ən çox tamaşaçı toplayan qarşılaşma da Gəncədə keçirilmişdi. "Kəpəz"in "Neftçi" ilə IX turdakı görüşünü 8 min azarkeş izləmişdi.

 

12 min 550 tamaşaçının seyr etdiyi IX turun rekordu da yenilənib. Bu dəfə turun görüşlərini 17 min 400 tamaşaçı izləyib.