Blokçumuzdan gözəl çıxış: Fransa çempionatı

ESTAFET/ Voleybol üzrə qadınlar arasında Fransa çempionatında növbəti turun oyunları keçirilib. Azərbaycan yığmasının bu çempionatdakı təmsilçiləri də bu oyunlarda forma geyiniblər.

 

Millimizin blok oyunçusu Olena Həsənovanın formasının geyindiyi "Le Cannet" "Nant"la gərgin keçən görüşdə özünü yaxşı tərəfdən göstərib. 22 xal toplamağı bacaran blokçumuz komandasının qələbə qazanmasında vacib rol oynayıb - 3:2 (25:19, 23:25, 25:17, 28:30, 15:10).

 

Digər voleybolçumuz Anastasiya Qurbanovanın komandası "Venelles" "Beziers"ə məğlubiyyətdən qaça bilməyib - 0:3 (21:25, 21:25, 20:25).Qurbanova isə bu görüşdə aktivinə 9 xal yazdırıb.