İNTİZAM KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

ESTAFET/ İntizam Komitəsi özünün növbəti iclasını keçirib. Bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.


Topaz Premyer Liqasının XI turunun “Kəpəz” - “Qarabağ” matçında “Kəpəz” klubu meydançanı sulamadığına görə klub 800 manat cərimə olunur (maddə 64.4).

 

Topaz Premyer Liqasının XI turunun “Zirə” - “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Zirə” klubunun təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 50.2).

 

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “Sumqayıt” - “Keşlə” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

 

Oyunun 78-ci dəqiqəsində “Keşlə” klubunun 2 №-li futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

 

Oyunun 84-cü dəqiqəsində “Sumqayıt” klubunun 96 №-li futbolçusu Elsevər Bəkirzadə hakimlər briqadasını təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 42.3).

 

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun 41 №-li futbolçusu Ceyhun Rəcəbli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 38.1).

 

I Divizionun VI turunun “Ağsu” - MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun VI turunun “Xəzər” - “Binə” matçında “Xəzər” və “Binə” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun VI turunun “Turan Tovuz” - “Sabah” matçında “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).