MUNDİALIN DAHA BİR İŞTİRAKÇISI BƏLLİ OLDU

ESTAFET/ Qarşıdan gələn ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının daha bir iştirakçısı bəlli olub. 

 

Bu, Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda mübarizə aparan Seneqal yığması olub. Belə ki, qrupun 5-ci tur qarşılaşmasında CAR-ı səfərdə 2:0 hesablı məğlubiyyətə uğradan seneqallılar digər komandalar üçün əlçatmaz olub. 11 xala malik Seneqalı Kabo-Verde və Burkino-Faso yığmaları izləyirlər ki, onların da aktivində 6 xal var. Bununla da, Seneqal vaxtından əvvəl mundial vəsiqəsi əldə edib.