"QOŞA ÇARX" SATIŞ-SƏRGİ MƏRKƏZİNİN AÇILIŞI OLUB
ESTAFET/ Azərbaycanın ilk milli velosiped brendi "İSMA BİKES"ın "Qoşa Çarx"adlı ilk sərgi-satış mərkəzi istifadəyə verilib. Metronun 20 Yanvar stansiyası yaxınlığında, Respublika Velotreki ərazisində yerləşən Mərkəzin açılması velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, ötən il dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi həyata keçirilən İsmayıllı Velosiped Zavodunda "Made in Azerbaijan" brendi adı altında həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etməyə başlamış və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, son 3 ayda zavodda 5000-ə yaxın velosiped istehsal edilib.