KİŞİLƏR 2-Cİ, QADINLAR 3-CÜ OLDULAR
ESTAFET/ Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - "Alrosa Kuboku" beynəlxalq turniri başa çatıb. Yarışda sərbəst və qadın güləşi üzrə yığma komandamız mübarizə aparıb.
Xəbər verdiyimiz kimi, yarışın ilk günündə mübarizəyə qoşulan kişi sərbəst güləşçilərimiz Gürcüstan və Moldova yığmalarının 7:1 hesabı ilə məğlub etmişdilər. Bu gün final xarakteri daşıyan 3-cü görüşdə güləşçilərimiz meydan sahibləri ilə Kobokun qalibi adı uğrunda güləşmək üçün döşək üzərinə çıxıblar. Görüş 5:3 hesabı ilə rusların xeyrinə başa çatıb və yığmamız turniri 2-ci sırada bitirib. Nəticələri təqdim edirik.
125 kq: C.Məhəmmədov - Z.Kozonov 10:0
Vurğulamışdıq ki, 7 idmançı ilə turnirdə iştirak edən qadın güləşçilərimiz yarışın ilk günü öncə Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki xallara görə qalib rumınlar olub. İkinci görüşdə qızlar Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub etməyi bacarıblar. Bu gün isə rəqib kişilərdə olduğu ruslar idi. Bütün çəkilərdə məğlub olan qadın yığmamız turniri 3-cü sırada başa vurub.
75 kq: yoxdur