QURBANOVA KOMANDASININ ƏN MƏHSULDAR OYUNÇUSU OLDU

ESTAFET/ Fransa çempionatında 5-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Anastasiya Qurbanovanın şərəfini qoruduğu "Venelles" doğma meydanda "Quimper" komandasına qalib gəldi - 3:0. Qurbanova bu oyunda 18 xal yığaraq öz komandasının ən məhsuldar oyunçusu olub.


Xatırladaq ki, təmsilçimizin komandası 5 turdan sonra 6 xalla 8-ci yerdə qərarlaşıb.