FIDE QRAN PRİSİ, 4-CÜ MƏRHƏLƏ: IV TUR
ESTAFET/ Xəbər verdiyimiz İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi keçirilir. Noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turnirinə qatılmaq üçün mübarizə aparır.
Bu gün turnirdə IV turun oyunları keçirilib və aşağıdakı nəticələr qeydə alınıb. Vurğulamaq lazımdır ki, tur öz məhsuldarlığı ilə diqqət çəkib. Təəssüf ki, Rəcəbov turu məğlubiyyətlə başa vurub.
Nakamura (ABŞ) - Rəcəbov 1:0
Svidler (Rusiya) - Vaşyer-Laqrav (Fransa) 0,5:0,5
Ryazantsev (Rusiya) - Tomaşevski (Rusiya) 0,5:0,5
Harikrişna (Hindistan) - Valyexo (İspaniya) 1:0
Rapport (Macarıstan) - Hammer (Norveç) 1:0
Li Çao (Çin) - Qelfand (İsrail) 0,5:0,5
Elyanov (Ukrayna) - Yakovenko (Rusiya) 0:1
İnarkiyev (Rusiya) - Dinq Liren (Çin) 0:1
Aronyan (Ermənistan) - Qiri (Hollandiya) 1:0