QURBANOVA YENƏ HAMIDAN ÖNDƏ
ESTAFET/ Voleybol üzrə qadınlar arasında Fransa çempionatı davam edir. Çempionatda 6-cı turun oyunları keçirilib.
Millimizin blok oyunçusu Olena Həsənovanın çıxış etdiyi "Le Cannet" komandası "RC Cannes"ə məğlub olub - 1:3. Həsənova bu oyunda 15 xal qazanıb.
Anastasiya Qurbanovanın şərəfini qoruduğu "Venelles" "Evreux" komandasını məğlub edib - 3:0. Təmsilçimiz oyunda 19 xal yığmaqla görüşün ən məhsuldar oyunçusu olub.