İNTİZAM KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
I Divizionun IX turunun “Zaqatala” - “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun 1 №-li futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun IX turunun “Şüvəlan” - “Xəzər” matçında “Şüvəlan” klubunun 4 , “Xəzər” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun IX turunun “Binə” - MOİK matçının 57-ci dəqiqəsində MOİK klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 81-ci dəqiqəsində MOİK klubunun 25 №-li futbolçusu Qərib İbrahimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 81-ci dəqiqəsində “Binə” klubunun 8 №-li futbolçusu Toure Morifere aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 38.1).
Topaz Premyer Liqasının XII turunun “Qarabağ” - “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 30-cu dəqiqəsində “Qarabağ” klubunun 13 №-li futbolçusu İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
Topaz Premyer Liqasının XII turunun “Kəpəz” - “Səbail” matçında “Kəpəz” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən hər iki klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 5-ci dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Dedimar Fereyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
Əvəzedici heyətlərin XII turunun “Keşlə” - “Zirə” matçının 74-cü dəqiqəsində “Zirə” klubunun 39 №-li futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XII turunun “Kəpəz” - “Səbail” matçının 25-ci dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).
I Divizionun X turunun “Binə” - “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun X turunun “Zaqatala” - “Ağsu” matçının 34-cü dəqiqəsində “Ağsu” klubunun 20 №-li futbolçusu Təmraz Əmircanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun X turunun “Mil-Muğan” - “Xəzər” matçının 73-cü dəqiqəsində “Xəzər” klubunun 14 №-li futbolçusu Məhəmməd Məhəmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun X turunun “Qaradağ Lökbatan” - MOİK matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 90+4-cü dəqiqəsində MOİK klubunun 45 №-li futbolçusu Mehman Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).