"QARABAĞ" YENƏ BÖYÜK HESABLA MƏĞLUB OLDU
ESTAFET/ Dünəndən UEFA Çempionlar Liqasında V turun oyunlarına start verilib. Bu gün, ikinci oyun günündə Avropodakı yeganə təmsilçimiz "Qarabağ" da meydana çıxıb.
C qrupunda mübarizə aparan ağdamlılar azarkeşləri qarşısında sonuncu ev oyununda Londonun "Çelsi" komandası ilə qarşılaşırdı. Təəssüf ki, Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlər stadiondan məyus ayrılıblar.
Çempionlar Liqası, C qrupu
Qrup mərhələsi, V tur
22 noyabr 2017
"Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 0:4
Qollar: Azar, 21 (pen.), Villian, 37, 85, Fabreqas, 73 (pen.)
Qırmızı vərəqə: Rəşad Sadıqov, 18
Baş hakim: Manuel De Souza
Yan xətt hakimləri: Alvaro Meskuita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
"Çelsi": 13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta, 30. David Luiz
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bokoyako, 24. Qari Keyxil, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq
Baş məşqçi: Antonio Konte