"1 İŞARƏSİ AYDIN GÖRÜNMÜRDÜ": ŞON BRATÇES
ESTAFET/ Xəbər verdiyimiz kimi, Formula 1-in yeni sahibi "Liberty Media" artıq çempionat üçün yeni loqotip təqdim edib. Bu hadisə mövsümün son yürüşü olan Əbu-Dabi Qran Prisinin mükafatlandırma mərasimi zamanı baş tutmuşdu.
Formula 1-in kommersiya direktoru Şon Bratçes bununla bağlı müəyyən fikirlər bildirib:
"Formula 1-in rebrendinqi martda baş tutacaq. O zaman loqotip əsaslı formada təqdim ediləcək. Onun teletranslasiya üçün yeni qrafik tərtibatı buraxılacaq, sosial şəbəkələrdə istifadəsinə başlanacaq və s. Bu Formula 1-dir və biz artıq indidən gələcəyə hazırlaşmalıyıq. Gələcək isə bu gündən başlayır. Biz yeni loqotipi növbəti mövsümdə çempionatın yürüşlərini göstərən və suvenir məhsullar istehsal edən promouterlərə, sponsor və tərəfdaşlara nümayiş etdirmək istəyirik. 23 il ərzində dəyişməyən öncəki loqotip Formula 1-ə gözəl xidmət etdi. Bizim, biznesin inkişafına yönəlik baxışlarımıza görə, loqotipdəki 1 işarəsi aydın görünmürdü və bu da rəqəmsal məsələlərə uyğun gəlmir. Çox insan orada bu görünməyən rəqəmin olduğunu heç təxmin edə bilmirdi. Buna görə də biz istəyirik ki, yeni loqotip sadə görünsün və birmənalı qəbul edilsin".
Mənbə: F1News